Prezident İlham Əliyevin Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub - YENİLƏNİB-2
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.
"Report" xəbər verir ki, görüşdə hökumətlərarası komissiyanın fəaliyyətinə toxunuldu, energetika, xüsusilə elektrik enerjisi sahəsində əməkdaşlıq müzakirə olundu. Araz çayı üzərində su elektrik stansiyalarının tikintisi və Ağbənd-Kəlalə avtomobil körpüsü layihəsinin yekunlaşdırılmasının önəmi qeyd edildi.
Söhbət zamanı ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı. Bir daha diqqətə çatdırıldı ki, Azərbaycan və İran regional məsələlərin bölgə ölkələrinin özləri tərəfindən həll edilməsinin tərəfdarıdır. Bu xüsusda 3+3 regional əməkdaşlıq formatının əhəmiyyəti vurğulandı.
Görüşdə, həmçinin turizm və mədəniyyət sahələrində əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı.
Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub.
Bu barədə “Report”un tədbirdə olan əməkdaşı xəbər verir.
Azərbaycan Prezidenti İlham Əliyevin İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü başlayıb.
Bu barədə “Report”un tədbirdə olan əməkdaşı xəbər verir.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan prezidentlərinin məhdud tərkibdə görüşü olub - YENİLƏNİB-2
Prezident İlham Əliyevin Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü başlayıb
Azərbaycan və İran prezidentlərinin məhdud tərkibdə görüşü keçirilib - YENİLƏNİB
Prezident İlham Əliyevin Məsud Pezeşkian ilə məhdud tərkibdə görüşü olub - YENİLƏNİB
Azərbaycan Prezidenti iranlı nazirlə Araz çayı üzərində avtomobil körpüsünün inşasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb

