Departament direktoru: BMT qeyri-hökumət qurumları ilə işləməkdə maraqlıdır
"Birləşmiş Millətlər Təşkilatı qeyri-hökumət qurumları ilə işləməkdə maraqlıdır. Ona görə də biz akkreditasiya prosesinə başlamışıq. Hazırda 6500 qeyri-hökumət təşkilatı bu prosesdən keçib".
Sizinxeber.az xəbər verir ki, bunu jurnalistlərə Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Məsələlər Departamentinin direktoru Wook-Jin Chang jurnalistlərə açıqlamasında deyib.
O vurğulayıb ki, həmin qurumların 40 faizi məhz Qlobal Cənubu təmsil edir.
Qonaq eyni zamanda bugünkü konfransın təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib:
İlk növbədə mən Azərbaycan Hökumətini və qeyri-hökumət təşkilatlarının təmsilçilərini belə gözəl tədbirin təşkili münasibətilə təbrik edirəm və təşəkkürümü bildirirəm. Burada Qlobal Cənubu təmsil edən qurumlar da iştirak edərək, çox mühüm önəm daşıyan məsələləri müzakirə edirlər. Birləşmiş Millətlər Təşkilatı olaraq biz xüsusilə də Qlobal Cənubu təmsil edən qeyri-hökumət qurumları ilə fəal işləməkdə maraqlıyıq. Qlobal Cənub QHT Platforması bu regiondan olan təşkilatları birləşdirir. Birləşmiş Millətlər Təşkilatı qeyri-hökumət qurumları ilə işləməkdə maraqlıdır. Ona görə də biz akkreditasiya prosesinə başlamışıq. Hazırda 6500 qeyri-hökumət təşkilatı bu prosesdən keçib. Onların 40 faizi məhz Qlobal Cənubu təmsil edir. Hesab edirəm ki, bu platforma həmin təşkilarlar arasında əməkdaşlığın daha da gücləndirilməsinə mühüm töhfə verəcək".
Oxşar xəbərlər
QHT Agentliyi Qlobal Cənubu təmsil edən təşkilatlara dəstəyini davam etdirəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
İqlim maliyyəsi iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Özbəkistan Parlamentinin komitə sədri: QHT-lərin səsi həm Parlamentlər, həm də Hökumətlər səviyyəsində eşidilməlidir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Ukraynadakı müharibə ilə bağlı Qlobal Cənubu təmsil edən ölkələrlə danışıqlar aparacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Açıq hökumətin təşviqində və korrupsiyaya qarşı mübarizədə medianın rolu” mövzusunda dəyirmi masa keçirilib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













