Aygün Əliyeva: Azərbaycan Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirməyə çalışır
Azərbaycan ardıcıl olaraq Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirməyə çalışır.
“Report”un məlumatına görə, bunu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva Qlobal Cənub QHT Platformasının təsis konfransının açılış mərasimində bildirib.
"Qeyd etmək vacibdir ki, Qlobal Cənub konsepsiyası sadə coğrafiyadan kənara çıxır. O, iqtisadi, siyasi və sosial təməli özündə birləşdirir. Bu təməl qlobal çağırışlara yeni yanaşma tələb edir və regionlararası həmrəyliyin daimi əhəmiyyətini vurğulayır. Təəssüf doğuran faktdır ki, Qlobal Cənub ölkələrində yaşayan əhalinin böyük hissəsi yoxsulluqdan, iqlim dəyişikliyinin mənfi nəticələrindən, müstəmləkə irsindən, rəqəmsal, ticarət sahəsində bərabərsizlikdən və digər problemlərdən əziyyət çəkir. Beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü olaraq, Azərbaycan ardıcıl şəkildə Qlobal Cənub və Qlobal Şimal arasında əlaqələndirici rolunu gücləndirməyə çalışır", - o qeyd edib.
A.Əliyevanın sözlərinə görə, Azərbaycan ötən il nüfuzlu COP29 konfransına ev sahibliyi edərək iqlim dəyişikliyinin nəticələri ilə mübarizə üzrə qlobal səylərə əhəmiyyətli töhfə verib.
"COP29 konfransı Azərbaycanın vətəndaş cəmiyyəti üçün də mühüm mərhələ oldu. Konfransın təşkilat komitəsinin tərkibinə həm QHT-lərə Dövlət Dəstəyi Agentliyi, həm də yerli QHT nümayəndələri daxil olublar. Sizə yaxşı məlum olduğu kimi, Bakıdakı COP təxminən 10 min QHT nümayəndəsinin fəal iştirakı ilə fərqlənib. COP29 zamanı agentlik Azərbaycan QHT-ləri üçün möhtəşəm müsabiqə elan edib və bununla da onlara beynəlxalq tərəfdaşlarla birlikdə iqlim dəyişikliyinin nəticələrinin aradan qaldırılmasına yönəlmiş layihə həyata keçirmək imkanı yaradıb. Bu müsabiqə nəticəsində bir sıra uğurlu layihələr və təşəbbüslər həyata keçirilib", - o qeyd edib.
A.Əliyeva vurğulayıb ki, Qlobal Cənub QHT Platforması mühüm və qlobal məsələlərin müzakirəsi üçün mühüm məkan olacaq.
Oxşar xəbərlər
Aygün Əliyeva: Qlobal Cənub QHT Platforması Azərbaycan üçün növbəti yenilikdir
Azərbaycan Prezidenti: Qlobal Şimal və Qlobal Cənub arasında mövqe fərqliliklərini aradan qaldırmaq üçün əzmlə çalışırıq
Prezident: Biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk
QHT Agentliyi Qlobal Cənubu təmsil edən təşkilatlara dəstəyini davam etdirəcək
Bakıda Qlobal Cənub QHT Platformasının təsis konfransı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
