sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Azərbaycan XİN İranda limanda partlayışla əlaqədar başsağlığı verib.
Azərbaycan Xarici İşlər Nazirliyi İranın Bəndər Abbas şəhərindəki limanda baş verən partlayışla əlaqədar başsağlığı verib.
Sizinxeber.az-nın xəbərinə görə, bu barədə XİN X-da paylaşım edib.
“İran İslam Respublikasının Bəndər Abbas şəhərindəki Şəhid Rəcai Limanında baş vermiş dağıdıcı partlayış bizi dərindən kədərləndirdi. Həlak olanların ailələrinə və yaxınlarına, eləcə də İran xalqına və hökumətinə dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik”, - deyə paylaşımda bildirilib
Qeyd edək ki, dünən yerli vaxtla saat 12.30-da İranın Bəndər Abbas şəhərində limanda partlayış nəticəsində 18 nəfər ölüb, 800 yaralı var.
Oxşar xəbərlər
Türkiyə XİN İrana başsağlığı verib
KİV: İranda limanda partlayış olub, xərasət alanlar var - YENİLƏNİB
İranda limanda partlayış zamanı ən azı 80 nəfər yaralanıb - YENİLƏNİB-3
İranda limanda partlayış olub
İranda limanda partlayış zamanı yaralananların sayı 281 nəfərə çatıb - YENİLƏNİB-4
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













