Nazir: Aİ ilə minatəmizləmə üzrə daha böyük layihələr marağımızdadır
Ölkəmiz üçün vacib istiqamət 30 il işğal altında qalmış ərazilərimizin bərpası və yenidən qurulmasıdır.
Sizinxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bu gün həmkarına bu barədə geniş məlumat verib: “Prosesin tərkib hissəsi olan və ən böyük çətinlik yaradan mina problemidir. Bu istiqamətdə çox böyük resurslar sərf edirik. Ancaq problemin miqyası o qədər böyükdür ki, 5 il keçməsinə baxmayaraq, hələ uzun illər bu problemlə mübarizə aparmalı olacağıq. 2020-ci ilin noyabrından sonra 400-ə yaxın insan mina probleminin qurbanı olub. Bu istiqamətdə Azərbaycanla Avropa İttifaqı arasında əməkdaşlıq mövcuddur. Aİ ilə bu sahədə daha böyük layihələrin həyata keçirilməsi ölkəmizin marağındadır. Ümid edirəm ki, gələcək illərdə buna xüsusi diqqət yetiriləcək”.
Oxşar xəbərlər
Nazir: Aİ ilə minatəmizləmə üzrə daha böyük layihələrin həyata keçirilməsi marağımızdadır
Ceyhun Bayramov: Azərbaycan nəqliyyat sahəsində öz üzərinə düşən işi görür
Ceyhun Bayramov Kaya Kallasla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib
Azərbaycanın Ermənistandan gözləntiləri Kaya Kallasın diqqətinə çatdırılıb
Ceyhun Bayramov Aİ rəsmisi ilə Azərbaycan-Ermənistan normallaşmasını müzakirə edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
