Nazir: Aİ ilə minatəmizləmə üzrə daha böyük layihələrin həyata keçirilməsi marağımızdadır
sizinxeber.az xəbər saytı

Nazir: Aİ ilə minatəmizləmə üzrə daha böyük layihələrin həyata keçirilməsi marağımızdadır


Ölkəmiz üçün vacib istiqamət bizim 30 il işğal altında olan ərazilərimizin bərpası və yenidən qurulmasıdır.

Sizinxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.

Nazir bildirib ki, həmkarına bu gün bu barədə geniş məlumat verib: “Prosesin tərkib hissəsi olan və ən böyük çətinlik yaradan mina problemidir. Bu istiqamətdə çox böyük resurslar sərf edirik. Ancaq problemin miqyası o qədər böyükdür ki, 5 il keçməsinə baxmayaraq, hələ uzun illər bu problemlə mübarizə aparmalı olacağıq. 2020-ci ilin noyabrından sonra 400-ə yaxın insan mina probleminin qurbanı olub. Bu istiqamətdə Aİ arasında əməkdaşlıq mövcuddur. Bu əməkdaşlığı, Aİ ilə bu sahədə daha böyük layihələrin həyata keçirilməsi ölkəmizin marağındadır. Ümid edirəm ki, gələcək illərdə buna xüsusi diqqət yetiriləcək”.

Oxşar xəbərlər

Ceyhun Bayramov: Azərbaycan nəqliyyat sahəsində öz üzərinə düşən işi görür
Ceyhun Bayramov Kaya Kallasla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib
Azərbaycanın Ermənistandan gözləntiləri Kaya Kallasın diqqətinə çatdırılıb
Rəsmi Bakı Ermənistan və Fransada Azərbaycanla Türkiyə bayraqlarının yandırılmasını pisləyir
Ali Nümayəndə: Aİ Azərbaycanda minaların təmizlənməsinə töhfə verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər