Rəsmi Bakı Ermənistan və Fransada Azərbaycanla Türkiyə bayraqlarının yandırılmasını pisləyir
ATƏT-in Minsk Qrupunun ləğvi və Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarının ləğvi istiqamətdə hazırda Ermənistanda müvafiq addımların atılması gözlənilir.
Sizinxeber.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasla birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, bölgədə narazılıq mənbəyi olaraq Ermənistanda revanşist meyillərin hələ də mövcud olması ciddi narahatlıq doğurur: “Ermənistanın sürətlə silahlanması təhdid mənbəyi kimi hələ də qalmaqdadır.
Revanşist meyillər dedikdə bu günlərdə Azərbaycan və Türkiyə bayraqlarının yandırılması faktlarına nəzər salmaq istərdim. Eyni hadisə əfsuslar olsun ki, dünən Fransada baş verib. Bizim gözləntimiz ondan ibarətdir ki, bu ölkələrin müvafiq strukturları digər ölkənin atributlarının yandırılmasının cinayət əməli kimi qiymətləndirilməsi üçün ciddi addımlar atsın”.
Oxşar xəbərlər
Ceyhun Bayramov: Azərbaycan nəqliyyat sahəsində öz üzərinə düşən işi görür
Ceyhun Bayramov Kaya Kallasla Azərbaycan-Aİ münasibətlərini müzakirə edib
XİN başçısı: Ermənistanın sürətli şəkildə silahlanması narahatlıq doğurur
Azərbaycan XİN: Ermənistan sülh müqaviləsinin imzalanmasında maraqlıdırsa, vaxt itirmədən Konstitusiyasında dəyişiklik etməlidir
Ceyhun Bayramov: Minsk qrupunun ləğvi ATƏT-in effektiv fəaliyyətini təmin edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













