Gürcüstan XİN rəhbəri: Üçtərəfli formatda regionun rifahı naminə əməkdaşlıq edə biləcəyik
Biz Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq və qeyd edirik ki, Gürcüstan regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazırdır.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın XİN başçısı Maka Boçorişvili ATƏT Baş Katibi Feridun Sinirlioğlu ilə birgə mətbuat konfransında deyib.
“Biz bir daha Azərbaycan və Ermənistan arasında sülh sazişini alqışlayırıq və qeyd edirik ki, Gürcüstan regionda sülhün və əməkdaşlığın möhkəmlənməsinə töhfə verməyə hazırdır. Şadam ki, keçən həftə Tbilisidə Xarici İşlər Nazirlikləri arasında üçtərəfli görüş keçirildi. Görüş ilk dəfədir ki, Gürcüstan, Ermənistan və Azərbaycanın Xarici İşlər nazirlikləri arasında keçirilib və ümid edirəm ki, bu formatda biz regionun rifahı naminə əməkdaşlıq edə biləcəyik”, - Boçorişvili qeyd edib.
Oxşar xəbərlər
Boçorişvili: Azərbaycan-Gürcüstan-Ermənistan görüşü region üçün vacib olan məsələlərin müzakirəsi üçün yaxşı imkandır
Azərbaycan, Türkiyə və Gürcüstan XİN başçılarının üçtərəfli görüşü keçiriləcək
Gürcüstan XİN rəhbəri ATƏT Baş katibi ilə regional məsələləri müzakirə edib - YENİLƏNİB
Gürcüstan, Azərbaycan və Ermənistan XİN rəhbərləri müavinlərinin görüşü keçirilir - YENİLƏNİB
Nazir: Gürcüstan, Azərbaycan və Ermənistan region üçün mühüm məsələləri müzakirə edə bildi
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













