Naxçıvanda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd edilib
Naxçıvanda Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı qeyd edilib.
"Report"un yerli bürosu xəbər verir ki, Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında 23 aprel Türkiyənin Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə tədbir keçirilib.
Türkiyənin Naxçıvan Muxtar Respublikasındakı Baş Konsulluğu, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və “Günəş” Uşaq Akademiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə əvvəlcə iki qardaş xalqın qəhrəman şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnləri səsləndirilib.
Sonra tədbirdə Türkiyənin Naxçıvandakı baş konsulu Asip Kaya, Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov və “Günəş” akademiyasının direktoru Ulduz Əliyeva çıxış ediblər.
Tədbirdə uşaqlar əlamətdar günə həsr olunan şeirlər söyləyib, mahnılar oxuyub, rəqslər ediblər.
Oxşar xəbərlər
Naxçıvan Dövlət Milli Dram Teatrına direktor əvəzi təyin olunub
Naxçıvanda bir sıra tibb mərkəzləri “Tibb Müəssisələrinin İdarəetmə Birliyi” publik hüquqi şəxsinə təhvil verilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
-
"Al Arabiya": ABŞ-İran danışıqlarının yeni mərhələsi iyunun əvvəlində baş tuta bilər
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
