Naxçıvan Dövlət Milli Dram Teatrına direktor əvəzi təyin olunub
sizinxeber.az xəbər saytı

Naxçıvan Dövlət Milli Dram Teatrına direktor əvəzi təyin olunub


Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrının baş rejissoru Mir Qabil Əkbərov teatrın direktor əvəzi təyin olunub.

"Sizinxeber.az"un yerli bürosu xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Mədəniyyət nazirinin müavini, nazir vəzifəsini müvəqqəti icra edən Həsən Seyidov müvafiq əmr imzalayıb.

Xatırladaq ki, teatrın əvvəlki direktoru Rza Xudiyev Naxçıvan Muxtar Respublikası Ali Məclisinə keçirilən seçkilərdə deputat seçildiyinə görə vəzifəsindən azad olunub.

Oxşar xəbərlər

Naxçıvan mədəniyyət nazirinin müavinlərinin sayı artırılıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər