Antalyada Azərbaycan, Ermənistan, Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə panel keçirilib - YENİLƏNİB
“Baku Tv” Antalya Diplomatik Forumu çərçivəsində Azərbaycan, Ermənistan və Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə keçirilən panel müzakirə barədə videomaterial hazırlayıb.
“Sizinxeber.az” xəbər verir ki, videomaterialda paneldəki müzakirə mövzularına toxunulub.
Bildirilib ki, paneldə regiondakı son vəziyyət, Cənubi Qafqazda ölkələr arasındakı qonşuluq münasibətlərin irəliləməsi, Azərbaycan-Gürcüstan arasındakı münasibətlər barədə fikir mübadiləsi aparılıb.
Həmçinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində müzakirələr aparılıb.
Antalyada keçirilən IV Diplomatiya Forumunda “Cənubi Qafqazda regional əməkdaşlıq üçün çağırışlar və imkanlar” başlıqlı panel başlanıb.
“Sizinxeber.az”un yerli bürosundan verilən məlumata görə, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili və Ermənistan xarici işlər nazirli Ararat Mirzoyanın iştirakı ilə keçirilən panel TRT World-ün əməkdaşı Auskar Surbaktinin moderatorluğu ilə baş tutur.
Tədbirdə Azərbaycan-Ermənistan sülh prosesində irəliləyiş və Türkiyə ilə Ermənistan arasında davam edən normallaşma səyləri də daxil olmaqla son hadisələrdən sonra Cənubi Qafqaz sabitliyə nail olmaq üçün tarixi fürsətlə üzləşməsi, bu səylərdə Gürcüstanın regional əməkdaşlıqda artan rolu ilə birlikdə regionun gələcəyi üçün mühüm perspektivlər yaratması məsələləri müzakirə olunur.
Paneldə Cənubi Qafqazın dinamikası və regional əməkdaşlıq imkanları, maneələrlə bölünmüş dünyada davamlı, inklüziv inkişaf yollarının araşdırılması məsələlərinə də toxunulur.
Oxşar xəbərlər
Antalyada Azərbaycan, Ermənistan, Gürcüstan xarici işlər nazirlərinin iştirakı ilə panel keçirilir
Azərbaycan, Ermənistan və Gürcüstan XİN başçıları Antalyada Cənubi Qafqazı müzakirə edirlər
Azərbaycan və Ermənistan XİN başçıları Antalyada normallaşma prosesini müzakirə ediblər
Boçorişvili: Gürcüstan Ermənistan və Azərbaycanın həmişə güvənə biləcəyi ölkədir
Üç ölkənin XİN başçıları Cənubi Qafqazın inkişafı ilə bağlı müzakirələrdə iştirak edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Az pensiya alanlara ŞAD XƏBƏR: Yeni güzəşt nə ola bilər? — İQTİSADÇI AÇIQLADI
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
