QHT-lər Ermənistanı beynəlxalq mütəxəssislərin iştirakı ilə ekoloji monitorinq keçirməyə çağırıb - FOTO
"Ermənistanın Araza atdığı tullantılar nəticəsində çirklənən çaylardan biri də Oxçuçaydır. 27 il ərzində Ermənistanın ekoloji pozuculuq fəaliyyətinin təsiri özünü sözügedən çayın çirkləndirilməsində də göstərir".
Sizinxeber.az xəbər ki, bunu brifinqdə "Environmental Protection" QHT Koalisiyasının həmtəsisçisi Amin Məmmədov deyib.
O söyləyib ki, Ermənistanda faydalı qazıntı hasilatı sahəsində fəaliyyət göstərən xarici şirkətlər çoxsaylı çağırışlara rəğmən su hövzələrinin çirkləndirilməsi barədə hesabatlarını təqdim etməyiblər:
"Bu faktın özünə Ermənistandakı QHT-lər də etirazlarını bildiriblər. Lakin hökumət bu təşkilatların üzvlərini xalq düşməni elan edir. Biz bununla bağlı bir neçə dəfə etiraz bəyanatları səsləndirmişik. Biz Ermənistanı beynəlxalq mütəxəssislərin iştirakı ilə monitorinq keçirməyə çağırırıq".
O, həmtəsisçisi olduğu koalisiyanın Arazdəyəndə baş verən ekoloji fəlakətlə və metallurgiya zavodunun inşası ilə bağlı qarşı tərəfə etiraz məktubu ünvanladığını xatırladıb:
"Bundan sonra isə 2023-cü ildə koalisiyamız təsis olundu. 2024-cü ilin yayında Müqabil Bayramovun rəhbərliyi ilə Ermənistandakı faydalı qazıntı yataqlarının xəritəsi hazırlandı. Bu xəritə müxtəlif ölkələrdəki tədbirlərdə beynəlxalq təşkilatların üzvlərinə təqdim edildi. Azərbaycan Kartoqraflar Cəmiyyəti tərəfindən bu xəritə üzərində işlər davam etdirildi. Bu xəritə Azərbaycan, ingilis və erməni dillərində təqdim olundu. Bu yaxında İran mediasında gedən məlumatlara əsasən, İranın müvafiq səhiyyə qurumu ölkənin adını çəkməsə də, Ermənistanla sərhəddə yaşayan əhali arasında müxtəlif mədə-bağırsaq xəstəliklərinin yaranması barədə məlumat yaydı. Arazın töküldüyü çaylardan biri də Oxçuçaydır".
Oxşar xəbərlər
“Environmental protection first”: Ermənistan Orxus və Espo konvensiyalarının tələblərini pozmağa davam edir
Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən 26 şirkət regionun ekologiyasına ziyan vurur
EPF həmtəsisçisi: Rəsmi İrəvan ekoloji pozuntular üzrə müraciətlərə cavab vermir, Ermənistanda monitorinqlər aparılmalıdır
Koalisiya: Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir
İqor Krasnov: Rusiyada hər il ekoloji sahədə 300 minə yaxın qanun pozuntusu aşkar edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Bu şəxslər avtobus və metroya pulsuz minəcəklər — DETALLAR
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
ABŞ Oman körfəzində İrana məxsus tankerdə axtarış aparıb
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
