Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən 26 şirkət regionun ekologiyasına ziyan vurur
sizinxeber.az xəbər saytı

Ermənistanda dağ-mədən sənayesində fəaliyyət göstərən 26 şirkət regionun ekologiyasına ziyan vurur


"Ermənistanda dağ-mədən sənayesi sahəsində 26 şirkət fəaliyyət göstərir və onların işi Azərbaycanın və regionun ekologiyasına ziyan vurur".

Sizinxeber.az-nın məlumatına görə, bunu Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun sədri Sabit Bağırov bu gün keçirilən brifinqdə deyib.

O bildirib ki, Ermənistan ərazisindən axaraq Araz, Bərgüşad və Oxçuçaya tkülən və bununla da Azərbaycan ərazisindən keçən çaylarla zərərli maddələr axır: "İlk növbədə bu məsələnin tənzimlənməsinə beynəlxalq konvensiyalar çərçivəsində riayət etməlidir. Azərbaycan bu konvensiyalara qoşulsa da, Ermənistan bunu etməyib. Çünki bu sənədi imzalamaq Ermənistanın üzərinə ekoloji təhlükəsizliklə bağlı bir sıra öhdəliklər qoyur. Güman edirəm ki, Azərbaycanla Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra hər iki dövlət arasında bununla bağlı sənədlər imzalanmalı və Ermənistanda dağ-mədən sahəsində fəaliyyət göstərən 26 şirkətin məsuliyyəti artırılmalıdır. Daha bir istiqamət ekoloji təhlükəsizlik məsələsində vətəndaş cəmiyyətlərinin rolunun artırılmasıdır. Daha sonra Ermənistanda fəaliyyətdə olan xarici şirkətlərin aid olduğu ölkələrə rəsmi müraciət etməklə, hökumətlərin bu müəssisələrə ekoloji sahədə təzyiq göstərilməsini təmin etməkdən ibarətdir".

Oxşar xəbərlər

Koalisiya: Ermənistanda fəaliyyət göstərən mədən şirkətlərinin şəffaflığı aşağı səviyyədədir
İctimai Şura sədri: Rəsmi İrəvan ekoloji pozuntular üzrə müraciətlərə cavab vermir, Ermənistanda monitorinqlər aparılmalıdır
Baş prokuror: Oxçuçayın dağ-mədən sənayesinin tullantıları ilə çirkləndirilməsi davam edir
Fuad Nəcəfli: Ermənistanın Araz çayını çirkləndirməsi nəticəsində bir çox bitki və heyvanın yox olması təhlükəsi yaranıb
Rusiya Prezidenti: Cənubi Qafqazda davamlı sülh və sabitlik regionun bütün dövlətlərinin maraqlarına cavab verir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle