Politoloq: Macarıstanla Azərbaycanın münasibətləri mükəmməldir
sizinxeber.az xəbər saytı

Politoloq: Macarıstanla Azərbaycanın münasibətləri mükəmməldir


Macarıstanla Azərbaycanın münasibətləri mükəmməldir.

Bunu Sizinxeber.az-ya açıqlamasında "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda iştirak etmək üçün Azərbaycanda səfərdə olan Macarıstanın Danube İnstitutunun icraçı direktoru İstvan Kiss deyib.

Onun sözlərinə görə, Macarıstanla Azərbaycan əməkdaşlıq üçün çox güclü iqtisadi potensiala sahibdirlər: “Son 10-12 ildə diplomatik sahədə çox güclü əlaqələrimiz olub. Buna görə də, əlaqələrimiz mükəmməldir”.

Ekspert Macarıstan və Avropa İttifaqı arasındakı münasibətlərə də toxunub: “Macarıstana qarşı edilən hücumların əksəriyyəti siyasi xarakter daşıyır. Biz Avropa İttifaqının dəyər olaraq qəbul etdiyi bəzi məsələlərə inanmırıq. Buna görə də, Avropa İttifaqı ilə müəyyən siyasi gərginliklərimiz mövcuddur. Lakin bunlar əsasən siyasi, ideoloji məsələlərdir, iqtisadi və sosial məsələlər deyil”.

Oxşar xəbərlər

Ekspert: Azərbaycan Avstriya üçün əhəmiyyətli tərəfdaşdır
Prezident İlham Əliyev: Hazırda ABŞ-la çox güclü münasibətlər bölgəmiz üçün vacibdir
Prezident İlham Əliyev Avropa Komissiyasının Azərbaycana münasibətindən danışıb
Şarl Mişel: Bu gün düzgün seçim daha çox siyasi cəsarət tələb edir
İtaliyalı professor: Azərbaycanın qonşu ölkələrlə birgə əməkdaşlıq istəyi maraq oyatdı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle