Prezident: Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik
Biz İran Prezidentinin bu ay Azərbaycana səfər edəcəyini gözləyirik. Bu, ikitərəfli münasibətlərin və regional hadisələrin inkişafı baxımından vacib səfər olacaq.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyev ADA Universitetində keçirilən “Yeni dünya nizamına doğru” mövzusunda beynəlxalq forumda çıxışı zamanı bildirib.
Bu günə qədər iki ölkənin yüksək səviyyəli nümayəndələrinin qarşılıqlı səfərlər etdiklərini deyən dövlətimizin başçısı vurğulayıb: “Seçki prosesi zamanı İranda baş verən proseslər bizi məmnun etdi. Biz İrandan müsbət mesajlar eşitdik. Biz bütün qonşularımızla, o cümlədən İranla yaxşı münasibətlərə malik olmaq istəyirik. İranla geniş nəqliyyat və iqtisadi gündəliyimiz var”.
Oxşar xəbərlər
İlham Əliyev telekanallara müsahibəsində İranla gələcək münasibətlərə toxunub
İlham Əliyev: Biz hazırda Çin şirkətləri ilə fəal işləyirik
Prezident: Azərbaycan İranla əlaqələrin bütün sahələrdə inkişafına həmişə xüsusi əhəmiyyət verir
İlham Əliyev: Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilər
İlham Əliyev: Müxtəlif ölkələrdən ekspertlərin Azərbaycana səfəri ölkəmizi daha yaxşı tanımağa imkan yaradır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













