İlham Əliyev: Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilər
sizinxeber.az xəbər saytı

İlham Əliyev: Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilər


Bizim hərbi əməliyyatların aparılması üslubumuz onu göstərdi ki, imkanlarımız çox yüksək səviyyədədir. Biz qisas almağa çalışmırdıq, hərçənd, başa düşmək olardı ki, illər ərzində biz işğalın qurbanı olmuşduq

"Report" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev ADA Universitetində keçirilən "Yeni dünya nizamına doğru" mövzusunda beynəlxalq forumda çıxışı zamanı söyləyib.

“Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər. Ona görə də mən hesab edirdim ki, biz döyüş meydanında qisas alacağıq və döyüş meydanından kənarda normal insan davranışına və müharibə qaydalarına zidd olan heç bir əməl törətməyəcəyik”, - deyən dövlətimizin başçısı müharibənin bütün beynəlxalq qaydalara uyğun olaraq aparıldığını və bütün mütəxəssislərin bunu yüksək qiymətləndirdiklərini vurğulayıb.

Oxşar xəbərlər

Prezident İlham Əliyev: Qarabağa səfər edənlər bu gün də orada barbarlığın səviyyəsinin şahidi ola bilərlər
İlham Əliyev: Sülh sazişinə gəldikdə, top ermənilərin tərəfindədir
Prezident İlham Əliyev: “Biz şəhidlər verərək BMT-nin qətnamələrinin icrasını təmin etdik”
İlham Əliyev: "Ermənistanın hərəkətləri Cənubi Qafqaz regionuna inkişaf etmək imkanı yaratmayıb"
İlham Əliyev: "Türkiyə ilə İsrailin ilk dəfə barışmasında Azərbaycan vasitəçilik edib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər