Sahibə Qafarova Özbəkistana işgüzar səfərə gedib
Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti aprelin 4-də Özbəkistan Respublikasına işgüzar səfərə gedib.
APA xəbər verir ki, İslam Kərimov adına Daşkənd Beynəlxalq Hava Limanında Milli Məclisin spikerini Özbəkistan Respublikası Ali Məclisi Senatı sədrinin birinci müavini Sadıq Safayev, Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev və digər rəsmi şəxslər qarşılayıblar.
Səfər çərçivəsində Azərbaycan Respublikası Milli Məclisinin sədri, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin sədri Sahibə Qafarova PAİ-nın 150-ci Assambleyasında, Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin 4-cü Konfransında və APA-nın Koordinasiya iclasında iştirak edəcək.
Azərbaycan parlamenti spikerinin Parlamentlərarası İttifaqın 150-ci Assambleyasında çıxışı, iştirakçı ölkələrin parlament sədrləri, nümayəndə heyətlərinin və beynəlxalq təşkilatların rəhbərləri, həmçinin Özbəkistanın dövlət rəsmiləri ilə görüşləri nəzərdə tutulub.
Oxşar xəbərlər
Sahibə Qafarova İsveçrəyə işgüzar səfərə gedib
Sahibə Qafarova Rusiyaya işgüzar səfərə gedib
Milli Məclisin sədri Tacikistanda işgüzar səfərdədir
Milli Məclisin sədri İsveçrədə işgüzar səfərdədir
Özbəkistan Respublikasının Ali Məclisi Senatının sədri Azərbaycana səfərə gəlib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













