Tahir Budaqov: Lyu Tszyançaonun Azərbaycana səfəri ölkələr arasında əməkdaşlığı gücləndirəcək
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Lyu Tszyançaonun Azərbaycana səfəri ikitərəfli əməkdaşlığın gücləndirilməsində mühüm addım olacaq.
“Report” xəbər verir ki, bu barədə "Yeni Azərbaycan" Partiyasının (YAP) sədr müavini Tahir Budaqov Bakıda keçirilən "Azərbaycan - Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfransda bildirib.
T.Budaqov qeyd edib ki, səfərin qısa olmasına baxmayaraq, L.Tszyançao onu məhsuldar keçirməyə müvəffəq olub. Onun fikrincə, Prezident İlham Əliyevlə danışıqlar Azərbaycan və Çin arasında əməkdaşlığın inkişafını sürətləndirməyə və potensialını üzə çıxarmağa imkan verəcək.
YAP sədrinin müavini L.Tszyançaonun gələcəkdə yenidən Azərbaycana səfər edəcəyinə və bunun iki ölkə arasında tərəfdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Oxşar xəbərlər
Tahir Budaqov: Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş ölkələr arasında əməkdaşlığı gücləndirəcək
Liu Tszyançao: Çin və Azərbaycan əməkdaşlıq potensialını üzə çıxarmalıdır
Lyu Tszyançao: Çin Azərbaycanın ŞƏT ilə qarşılıqlı əlaqələrinin güclənməsinə ümid edir
Tahir Budaqov: COP29 Azərbaycan reallıqlarını dünyaya çatdırmaq üçün növbəti beynəlxalq platforma olacaq
YAP ilə Çin Kommunist Partiyası arasında memorandum imzalanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Sürücülərin bilməli olduğu VACİB MƏQAM: Bu halda cərimə OLUNACAQSINIZ
-
Ən yüksək əmək haqqı bu sahədədir - Deputat
-
Əmək pensiyaları ilə bağlı AÇIQLAMA
-
Türkiyə Sudanın suverenliyini dəstəkləyir - YENİLƏNİB
-
Kazemiro "Mançester Yunayted"dən ayrıldıqdan sonra "İnter Mayami"yə keçməyi planlaşdırır
-
I Böyük Qayıdış Proqramı nə vaxt yekunlaşacaq?
