Tahir Budaqov: Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş ölkələr arasında əməkdaşlığı gücləndirəcək
Qarşıdakı dövrdə Zəngəzur dəhlizinin reallaşdırılması tərəfdaş dövlətləri, o cümlədən Azərbaycan və Çini bir araya gətirərək, əməkdaşlığın gücləndirilməsinə imkan verəcək.
"Report" xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov "Azərbaycan – Çin strateji tərəfdaşlığı: Qlobal Cənubda konsolidasiya və əməkdaşlığın təşviqi" mövzusunda konfransda deyib.
O qeyd edib ki, qlobal problemlərin artdığı şəraitdə milli maraqlara hörmət və ədalət prinsiplərinə əsaslanan yeni əməkdaşlıq modelinin formalaşması üçün Qlobal Cənub ilə Qlobal Şimalın konstruktiv işbirliyi məsələsi aktual çağırış kimi qarşıda dayanır:
"İstər Azərbaycan, istərsə də Çin çoxqütblü siyasi nizamın tərəfdarı kimi beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər yaradan hallara qarşı barışmaz mövqe sərgiləyərək müstəqil, qətiyyətli və konstruktiv siyasət həyata keçirməklə qlobal miqyasda dialoq və əməkdaşlığı təşviq edirlər.
Yeni reallıqlar fonunda həmrəylik nümayiş etdirərək dünyada bərabərsizlik, təcridetmə və haqsız rəqabət kimi problemlərin əhəmiyyətli dərəcədə həllinə nail olmaqla bəşəriyyətin sağlam və xoşbəxt gələcəyi üçün etibarlı zəmin formalaşdıra bilərik".
Oxşar xəbərlər
YAP sədrinin müavini: Zəngəzur dəhlizi Azərbaycan ilə Çini bir araya gətirərək Avrasiyada işbirliyini gücləndirəcək
YAP sədrinin müavini: Zəngəzur dəhlizi Azərbaycanla Çini bir araya gətirərək Avrasiyada işbirliyini gücləndirəcək
YAP: Zəngəzur dəhlizinin reallaşdırılması türk dövlətlərinin bir araya gəlməsini şərtləndirəcək
Tahir Budaqov: COP29 Azərbaycan reallıqlarını dünyaya çatdırmaq üçün növbəti beynəlxalq platforma olacaq
Tahir Budaqov: Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi milli maraqlara əsaslanan qətiyyətli siyasətin nəticəsidir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













