YAP ilə Çin Kommunist Partiyası arasında memorandum imzalanıb
sizinxeber.az xəbər saytı

YAP ilə Çin Kommunist Partiyası arasında memorandum imzalanıb


Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovun başçılıq etdiyi nümayəndə heyəti Çin Kommunist Partiyasının (ÇKP) dəvəti ilə Çin Xalq Respublikasında səfərdədir.

YAP-dan APA-ya verilən məlumata görə, səfər çərçivəsində noyabrın 13-də YAP nümayəndə heyəti ilə ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao arasında görüş keçirilib.

Lyu Cyançao Azərbaycan-Çin münasibətlərinin yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu vurğulayıb. Çinin Azərbaycanla qarşılıqlı faydalı əməkdaşlığı genişləndirməkdə maraqlı olduğunu diqqətə çatdırıb.

Çinin Azərbaycanın beynəlxalq əhəmiyyətli təşəbbüslərini təqdir etdiyini söyləyən Lyu Cyançao ölkəmizin qlobal iqlim dəyişikliyinin fəsadlarına qarşı mübarizədə əhəmiyyətli rolunu və dəyərli töhfələrini xüsusi vurğulayıb. O, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdırıb və ölkəsinin də bu tədbirdə geniş nümayəndə heyəti ilə yüksək səviyyədə təmsil olunduğunu ifadə edib.

YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov dostluq, qarşılıqlı faydalı əməkdaşlıq və strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-Çin münasibətlərinin hər iki ölkənin liderlərinin siyasi iradəsi sayəsində dinamik inkişafa malik olduğunu və mühüm perspektivlər vəd etdiyini söyləyib.

Sonra Yeni Azərbaycan Partiyası ilə Çin Kommunist Partiyası arasında əməkdaşlıq memorandumunun imzalanması mərasimi olub. Memorandumu YAP Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və ÇKP Mərkəzi Komitəsinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri, nazir Lyu Cyançao imzalayıblar.

Oxşar xəbərlər

Azərbaycan-Çin hərbi-texniki əməkdaşlığı müzakirə olunub
Məzahir Pənahov MDB nümayəndə heyəti ilə görüşüb
Ceyhun Bayramov və Leonid Anfimov Azərbaycanla MDB arasında əməkdaşlığı müzakirə edib
Kamran Əliyev Yəmən Baş prokuroru ilə görüşüb
Baş prokuror Çili nümayəndə heyəti ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle