Misirli sabiq nazir: Ədalət olmadan dünyada sülhdən söhbət gedə bilməz » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
mar
2025
12:50
0
0
1 415
ff aaaaaaa

Misirli sabiq nazir: Ədalət olmadan dünyada sülhdən söhbət gedə bilməz

15 mar, 2025
12:50
1 415

Misirli sabiq nazir: Ədalət olmadan dünyada sülhdən söhbət gedə bilməz

Avropanın təhlükəsizliyi hazırda fərqli istiqamətdədir.

Sizinxeber.az xəbər verir ki, bunu XII Qlobal Bakı Forumu çərçivəsində təşkil olunan "Gender- Təhlükəsizlik - İqlim Bağlantısı" adlı paneldə Misirin İnsan Hüquqları üzrə Milli Şurasının Prezidenti, Kemet Butros Ghali Sülh və Bilik Fondunun icraçı prezidenti, 2009-2011-ci illərdə Misirin ailə və əhali naziri olmuş Muşirə Xəttab deyib.

O qeyd edib ki, Avropanın təhlükəsizliyi hazırda fərqli istiqamətdədir: "Bir halda ki, ABŞ-da Donald Tramp hakimiyyətə gəldi, vəziyyət dəyişdi. Avropa İttifaqı hazırda çalışır ki, Aralıq dənizində fəal olsun, həmin bölgələrdəki dövlətlərlə birgə bir çox sahədə əməkdaşlıq aparsın və bu səylərini davam etdirir".

Muşirə Xəttab insan hüquqlarının qorunmasının dünyada dayanıqlı sülhün bərqərar olmasında rolunun əhəmiyyətindən danışıb: "İnsan hüquqlarına hörmət prinsipi həmişə prioritet olmalıdır. Avropa İttifaqı insan hüquqlarının müdafiəsi sahəsində də dünya ölkələri ilə əməkdaşlıq etməyə çalışır. BMT-nin Baş Məclisindən Fələstin və İsrail dövlətlərinin qurulmasında çoxtərəflilik prinsipi izlənilmir. İnsan hüquqlarının müdafiəsi olmadan, ədalət olmadan nəinki İsrail və ya Fələstində, bütün dünyada sülhdən söhbət gedə bilməz".

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul