NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır
NATO Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışlayır.
Sizinxeber.az xəbər verir ki, bu barədə NATO-nun sözçüsü Allison Hart sosial media hesabındakı paylaşımında bildirib.
Allison Hart Ermənistan və Azərbaycan arasında sülh sazişi üzrə danışıqların başa çatmasını alqışladıqlarını qeyd edib.
O müqavilənin imzalanması və ratifikasiya olunmasını səbirsizliklə gözlədiklərini vurğulayıb: “Bu, normallaşma prosesində irəliyə doğru atılmış əhəmiyyətli bir addımdır və regional təhlükəsizliyə töhfə verəcək”.
Qeyd edək ki, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri bəyanat yayaraq, Azərbaycan və Ermənistan arasında sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında Saziş layihəsinin mətni üzrə danışıqların yekunlaşdığını bildirib.
Oxşar xəbərlər
Çin Ermənistan və Azərbaycan arasında sülh prosesində əldə olunan müsbət irəliləyişi alqışlayır
Aİ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
Moldova Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yekunlaşmasını alqışlayır
XİN Ermənistanla sülh sazişi üzrə danışıqların yekunlaşdığına dair bəyanat yayıb
Berbok: Almaniya Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə razılaşmanı alqışlayır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













