Rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Minsk qrupunun ləğvini gözləyir
sizinxeber.az xəbər saytı

Rəsmi Bakı Ermənistan konstitusiyasına dəyişiklik edilməsini və Minsk qrupunun ləğvini gözləyir


Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması üçün məkanın müzakirəsi hələ tezdir.

Sizinxeber.az xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov jurnalistlərin suallarını cavablandırarkən bildirib.

O deyib ki, Azərbaycan tərəfi hazırda Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliyin edilməsi ilə suveren ərazilərimizə 90-cı illərdən mövcud olan iddiaların çıxarılması və Minsk qrupunun ləğvini gözləyir: “Hər iki dövlət sonuncu məsələ ilə bağlı ATƏT-ə müraciət edə bilər. Azərbaycan tərəfi münaqişənin həll edildiyini nəzərə alaraq, bu barədə bir müddətdir təklif irəli sürüb. Təəssüf ki, Ermənistan tərəfi bu günə kimi birgə müraciətə qoşulmur. Ümid edirik ki, Ermənistan real niyyəti barədə bizə məlumat verəcək. Ermənistandakı revanşist qüvvələrin fəaliyyətini nəzərə alaraq, bunu ciddi risk hesab edirik”.

Oxşar xəbərlər

Ermənistan ATƏT-in Minsk Qrupunun buraxılması üçün müraciət imkanlarına baxır
Rusiya XİN: ATƏT-in Minsk Qrupunun bütün strukturları ləğv edilməlidir
Ermənistan XİN ATƏT-in Minsk qrupunun buraxılmasının mümkünlüyünə münasibət bildirib
Fərid Şəfiyev: Ermənistan ATƏT-in Minsk qrupunun saxlanılmasına təkid etməməlidir
XİN sözçüsü Mirzoyanın “sülh sazişi” və kommunikasiyalarla bağlı fikirlərinə münasibət bildirib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər