Azərbaycan və Venesuela XİN-ləri arasında məsləhətləşmələr keçirilib
Azərbaycanın Xarici İşlər Nazirliyi ilə Venesuela Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında videokonfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycanı XİN-in Konsulluq idarəsinin rəisi Emil Səfərov, Venesuelanı isə Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyinin Konsulluq əlaqələri ofisinin baş direktoru Maria Rafaela Suarez Hernandez təmsil edib.
Görüşdə Azərbaycanın Venesueladakı səfiri Ruslan Rzayev və Venesuelanın Azərbaycandakı səfiri Kristofer Martinez də iştirak ediblər.
Məsləhətləşmələr zamanı Azərbaycan və Venesuela arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda məsləhətləşmələr çərçivəsində rəqəmsal konsulluq xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, iki ölkə arasında miqrasiya, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Oxşar xəbərlər
Azərbaycanla Venesuela arasında konsulluq məsləhətləşmələri aparılıb
Azərbaycan və Kolumbiya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycanla Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Kolumbiya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
GTA 6 üçün ön-sifariş rəsmi şəkildə açıldı
-
DÇ-2026: Son tura start verilir
-
DÇ-2026: Mərakeş - Haiti qarşılaşmasında ikinci hissə başlayıb - YENİLƏNİR-6
-
İsrail yeni lazer silahını təqdim etdi: 60 saniyədə 30 hədəf məhv edilir
-
ABŞ Türkiyəyə 700 milyon dollar dəyərində qırıcı təyyarə mühərrikləri satmaq niyyətindədir
-
Tusk: Polşanın müdafiə xərcləri ÜDM-in təxminən 7 %-nə çatıb
