Azərbaycanla Venesuela arasında konsulluq məsləhətləşmələri aparılıb
6 mart 2025-ci il tarixində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyi arasında video-konfrans formatında ilk konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən Sizinxeber.az-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Venesuela nümayəndə heyətinə isə Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti Nazirliyinin Konsulluq əlaqələri ofisinin baş direktoru Maria Rafaela Suarez Hernandez rəhbərlik edib.
Görüşdə Azərbaycan Respublikasının Venesuela Bolivar Respublikasında fövqəladə və səlahiyyətli səfiri Ruslan Rzayev, Venesuela Bolivar Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Kristofer Martinez iştirak ediblər.
Məsləhətləşmələr zamanı Azərbaycan Respublikası və Venesuela Bolivar Respublikası arasında konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, bu sahədə ikitərəfli müqavilə-hüquq bazasının genişləndirilməsi imkanları müzakirə edilib.
Eyni zamanda, məsləhətləşmələr çərçivəsində rəqəmsal konsulluq xidmətlərinin göstərilməsi sahəsində qabaqcıl təcrübə mübadiləsinin aparılmasının əhəmiyyəti vurğulanıb.
Bundan əlavə, ölkələrimiz arasında miqrasiya, əmək, sosial müdafiə və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Oxşar xəbərlər
Azərbaycan və Venesuela XİN-ləri arasında məsləhətləşmələr keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Budapeştdə ilk Azərbaycan-Macarıstan konsulluq məsləhətləşmələri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Kolumbiya XİN-ləri arasında konsulluq məsləhətləşmələri keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Tbilisidə Azərbaycanla Gürcüstan arasında konsulluq məsləhətləşmələri keçirilib, protokol imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












