İran parlamentinin sədri APA-nın 15-ci sessiyasında iştirak üçün Bakıya gəlib
İran parlamentinin sədri Məhəmməd Bağer Qalibaf Asiya Parlament Assambleyasının (APA) 15-ci plenar sessiyasında iştirak etmək üçün Bakıya gəlib.
"Report" bu barədə İran KİV-ə istinadən xəbər verir.
İranlı spiker səfərdən əvvəl yerli mətbuata verdiyi müsahibədə ölkəsinin Azərbaycanla beynəlxalq və regional əlaqələri inkişaf etdirməkdə maraqlı olduğunu bildirib.
"Azərbaycanla çoxsaylı tarixi və müxtəlif sahələrdə əlaqələr var. Səfər zamanı yüksək vəzifəli şəxslərlə keçiriləcək ikitərəfli görüşlər siyasi, iqtisadi, sosial və mədəni sahələrdə əlaqələrin inkişafı üçün vacibdir", - Qalibaf deyib.
Xatırladaq ki, 15-ci sessiya "Asiyada çoxtərəfli əməkdaşlığın gücləndirilməsində parlament diplomatiyasının rolu" mövzusuna həsr olunub. Toplantıda 26-ölkə parlamentinin və 6 beynəlxalq təşkilatın nümayəndə heyəti, o cümlədən 10-dan çox ölkə spikerinin iştirakı gözlənilir.
Tədbir çərçivəsində qurumun İcraedici Şurasının, plenar sessiyasının, siyasi, iqtisadi, büdcə və sosial sahələrə dair komitələrinin iclasları keçiriləcək, müvafiq məsələlərə dair qərar layihələri müzakirə olunacaq.
Sessiyanın sonunda Bakı Bəyannaməsi və APA Katibliyinin yekun hesabatı qəbul ediləcək. Azərbaycanın sədrlik müddətinin başa çatması ilə əlaqədar APA-ya növbəti iki il üçün rəhbərlik və onun gündəliyi nəzərdən keçiriləcək.
Oxşar xəbərlər
İran parlamentinin sədri Azərbaycana səfərə gəlib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran parlamentinin sədri Livanın baş naziri ilə danışıqlar aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran parlamentinin sədri Beyruta səfəri zamanı təyyarəni özü idarə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran parlamentinin nümayəndə heyəti İrəvandadır [xfgiven_updateblue][/xfgiven_updateblue]
İran parlamentinin nümayəndə heyəti Ermənistana səfər edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
Quzu ətinin qiyməti 30 manatı KEÇDİ – Daha da BAHALAŞACAQ?
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












