

Azərbaycan və Özbəkistan XİN-ləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib
Bu gün Özbəkistan Respublikasının Daşkənd şəhərində Azərbaycan Respublikası və Özbəkistan Respublikasının Xarici İşlər Nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri keçirilib.
XİN-dən APA-ya verilən xəbərə görə, məsləhətləşmələrdə Azərbaycan nümayəndə heyətinə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq idarəsinin rəisi Emil Səfərov, Özbəkistan nümayəndə heyətinə isə Özbəkistan Respublikası Xarici İşlər Nazirliyinin Konsulluq-hüquq idarəsinin rəisi Bobur Azizov rəhbərlik edib.
Görüşdə, həmçinin Azərbaycan tərəfindən Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidmətinin, Özbəkistan tərəfindən isə Özbəkistan Respublikasının Daxili İşlər Nazirliyinin, Məşğulluq və əmək məsələləri üzrə Nazirliyinin, Xarici Əmək Miqrasiyası Agentliyinin rəsmiləri iştirak edib.
Konsulluq məsləhətləşmələri zamanı Azərbaycanın müttəfiqi olan Özbəkistanla konsulluq sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, o cümlədən sahə üzrə yeni ikitərəfli sənədlərin imzalanması imkanları barədə fikir mübadiləsi aparılıb.
Eyni zamanda, danışıqlar zamanı iki ölkə vətəndaşlarının hüquq və azadlıqlarının qorunması, miqrasiya və ədliyyə sahələrində əlaqələrin inkişaf etdirilməsi barədə müzakirələr aparılıb.
Oxşar xəbərlər
Azərbaycanla Özbəkistan arasında konsulluq məsləhətləşmələri keçirilib
Budapeştdə ilk Azərbaycan-Macarıstan konsulluq məsləhətləşmələri keçirilib
Azərbaycan və Özbəkistan XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Azərbaycan-Özbəkistan sənədləri imzalanıb - YENİLƏNİB-1
Azərbaycan-Özbəkistan hərbi mütəxəssislərinin görüşü keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
BMTM əməkdaşı: İslamofobiya ilə mübarizədə əsas məqsəd nifrəti susdurmaqdır
-
Ronaldu Səudiyyə Ərəbistanı çempionatını bombardir kimi başa vurub
-
AAYDA rəsmisi: Ağsuçay vadisində 1186 metrlik unikal avtomobil körpüsünün tikintisi davam etdirilir
-
Minifutbol üzrə dünya çempionatında bu gün 1/8 final mərhələsinə start veriləcək
-
Tayland turistlərə alış-verişləri kriptovalyuta ilə ödəməyə icazə verəcək
-
Azərbaycanlı gənclər İstanbulda beynəlxalq liderlər forumunun iştirakçısı olub
