Kəmaləddin Heydərovdan COP29-la bağlı - Tapşırıq
Noyabrın 5-də Fövqəladə Hallar Nazirliyində Bakıda keçiriləcək COP29-a aidiyyəti üzrə hazırlıq məsələlərinin müzakirəsi məqsədilə növbəti müşavirə keçirilib.
“Sizinxəbər.Az” xəbər verir ki, fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərovun rəhbərliyi ilə keçirilən müşavirədə nazir müavinləri, Nazirliyin müvafiq struktur bölmə və qurumlarının rəhbərləri iştirak ediblər.
Müşavirədə çıxış edən nazir Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin növbəti tarixi uğuru olaraq beynəlxalq ictimaiyyət tərəfindən keçirilməsi Bakıya etibar edilmiş COP29-un əhəmiyyətindən danışıb, mötəbər tədbirin yüksək səviyyədə keçiriləcəyinə əminliyini bildirib.
Bu çərçivədə Fövqəladə Hallar Nazirliyinin üzərinə düşən vəzifələri bir daha vurğulayan nazir bununla bağlı işlərin ardıcıl olaraq planlı şəkildə yerinə yetirildiyini qeyd edib.
Sonra müşavirədə COP29-a hazırlıqla əlaqədar Fövqəladə Hallar Nazirliyində yaradılmış Qərargahın üzvlərinin nazirlikdə təsdiq olunmuş Tədbirlər Planı üzrə sonuncu müşavirədən keçən dövr ərzində görülmüş işlərlə əlaqədar geniş məruzələri dinlənilib, mövzu ətrafında müzakirələr aparılıb.
Müşavirəyə yekun vuran K.Heydərov tədbirlə bağlı nazirlik qarşısında duran vəzifələrin yüksək səviyyədə icra ediləcəyinə bir daha əminliyini bildirib, müvafiq tapşırıqlar verib.

Oxşar xəbərlər
FHN-də müşavirə keçirilib, COP29-a hazırlıq müzakirə olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-də COP29 ilə əlaqədar müşavirə keçirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN-də COP29 ilə əlaqədar müşavirə keçirilib, tapşırıqlar verilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
FHN COP29-la bağlı yanğın və radiasiya təhlükəsizliyi sahələri üzrə müayinə və monitorinqlər həyata keçirir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kəmaləddin Heydərov əmr imzaladı [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












