Elman Nəsirov: Ermənistan sülh müqaviləsinin imzalanmasını 2027-ci ilə qədər yubatmaq istəyir
Ermənistan sülhdən danışıb, ən azı 2027-ci il fevralın 19-a qədər sülh müqaviləsinin imzalanmasını yubatmaq istəyir.
“Report” xəbər verir ki, bunu Milli Məclisin yaz sessiyasının ilk plenar iclasında deputat Elman Nəsirov deyib.
O xatırladıb ki, Brüsseldə Avropa İttifaqı ölkələrinin səfirlərinin toplantısında 2027-ci ilin fevral ayının 19-na qədər Aİ-nin Ermənistandakı mülki missiyasının müddəti uzadılıb:
“Heç kimə sirr deyil ki, bu, mülki missiya deyil, casus şəbəkəsidir və ordakılar diplomat deyil, kəşfiyyatçıdırlar. Niyə onlar Aİ-nin mülki missiyası adlanmalıdırlar?”.
E.Nəsirov vurğulayıb ki, missiyaya Kanada nümayəndələri də daxildir və belə olan halda bu qrupu Aİ-nin missiyası adlandırmaq olmaz.
“Kanada NATO ölkəsidir. Onda gərək biz də deyək ki, Aİ-də NATO missiyasından söhbət gedir. Yəqin ki, perspektivdə mülki-hərbi, sonra isə hərbi missiyaya çevirilməsi istisna deyil”, - o deyib.
Oxşar xəbərlər
Avropa İttifaqının səfirlərinin Ermənistandakı missiyası iki il uzadılıb
Aİ səfirləri Ermənistanda müşahidə missiyasının iki il müddətinə uzadılmasını təsdiqləyib - YENİLƏNİB
Brüsseldə Ermənistandakı Aİ müşahidəçilər missiyasının müddətinin uzadılması müzakirə ediləcək
ABŞ Prezidentinin köməkçisi: Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanması üçün tarixi imkan var
Rusiya XİN: Moskvanın NATO ölkələrinə hücum etmək planı yoxdur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Deputat: Uşaqpulu valideynlərdə tənbəllik yarada bilər - Video
-
Bu halda torpağınız əlinizdən ALINACAQ — DİQQƏT!
-
Torpağına "kupça" ala bilməyənlərə VACİB XƏBƏR: Çıxış yolu AÇIQLANDI
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Fransa Prezidenti Emmanuel Makronun iqamətgahında - Parisdəki Yelisey sarayında axtarış aparılıb.
-
Tramp Tulsi Qabbardın istefasını təsdiqləyib - YENİLƏNİB
