Baş nazir Əli Əsədov Pakistanın investisiya və kommunikasiya naziri ilə görüşüb
Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov yanvarın 31-də Pakistan İslam Respublikasının özəlləşdirmə, investisiya və kommunikasiya üzrə federal naziri Abdul Alim Xan ilə görüşüb.
Sizinxeber.az xəbər verir ki, görüşdə Azərbaycan-Pakistan dostluq və qardaşlıq əlaqələrinin bütün sahələrdə dinamik inkişafından məmnunluq ifadə olundu.
Azərbaycan Respublikası Prezidentinin ötən il Pakistana baş tutmuş dövlət səfəri nəticəsində dövlətlərarası münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğu bildirildi.
Söhbət zamanı Azərbaycan-Pakistan strateji tərəfdaşlıq əlaqələrinin iqtisadiyyat, ticarət, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə inkişaf perspektivləri müzakirə olundu.
Oxşar xəbərlər
Azərbaycan və Pakistan arasında növbəti siyasi məsləhətləşmələr keçirilib
Əli Əsədov Aleksandr Lukaşenko ilə görüşüb
Əli Əsədov Türkiyə Ali Məhkəməsinin sədri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Uruqvay - Kabo Verde oyununda hesab yenidən bərabərləşib - YENİLƏNİR-6
-
"Axios" ABŞ və İran arasında İsveçrədə keçirilən danışıqların təfərrüatlarını açıqlayıb
-
DÇ-2026: Belçika - İran oyununda ikinci hissə başlayıb - YENİLƏNİR-2
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Belçika millisi İranla heç-heçə edib
