Overçuk: Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyasında yaxşı irəliləyiş əldə olunub
sizinxeber.az xəbər saytı

Overçuk: Ermənistanla Azərbaycan arasında sərhədlərin demarkasiyasında yaxşı irəliləyiş əldə olunub


Moskva Ermənistanla Azərbaycan arasında sərhədin delimitasiyası və demarkasiyası məsələsində yaxşı irəliləyiş olduğunu qeyd edir.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk deyib.

O qeyd edib ki, Rusiya Bakı ilə İrəvan arasında iki ölkənin Gürcüstanla sərhədlərindən başlayaraq cənuba doğru delimitasiya və demarkasiya prosesinə başlamaq haqqında razılaşmaları alqışlayır.

"Çox böyük, yaxşı irəliləyiş əldə olunub. Sərhədin bir hissəsi delimitasiya və demarkasiya olunub. İndi onlar (Azərbaycan və Ermənistanın Baş nazirlərinin müavinləri Şahin Mustafayev və Mqer Qriqoryan - red.), bildiyimə görə, bu yaxınlarda görüşüblər. Biz bu cür təmasları və bu cür birgə işi həmişə alqışlamışıq, çünki bu, şübhəsiz ki, regionun sabitliyinə kömək edəcək", - Overçuk vurğulayıb.

Oxşar xəbərlər

Rusiya Prezidenti Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını təqdir edib
XİN: Ermənistanla sərhədin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb
Moskvada Şahin Mustafayevlə Aleksey Overçuk arasında görüş keçirilib
Rusiya Prezidenti: Azərbaycanla Ermənistan arasında demarkasiya və delimitasiya proseslərinin başlamasını qeyd etmək çox xoşdur
Rusiya Ermənistan və Azərbaycana sərhədlərin delimitasiyası məsələlərində köməyini təklif edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər