Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlərin 30 illiyi münasibətilə tədbirlər proqramı təsdiqlənib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada özbəkistanlı həmkarı Baxtiyor Saidov ilə görüşüb.
"Report" xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Azərbaycan-Türkiyə-Özbəkistan xarici işlər, iqtisadiyyat/ticarət və nəqliyyat nazirlərinin 2-ci üçtərəfli görüşündə iştirak etmək məqsədilə Ankarada səfərdə olan Azərbaycan və Özbəkistan XİN başçıları görüş çərçivəsində Azərbaycan-Özbəkistan alyansının siyasi, iqtisadi, ticarət, enerji, nəqliyyat və rabitə aspektərini, həmçinin qarşılıqlı maraq kəsb edən regional və beynəlxalq təhlükəsizlik məsələlərini müzakirə ediblər.
Türk Dövlətləri Təşkilatı, BMT, İƏT, Qoşulmama Hərəkatı, İqtisadi Əməkdaşlıq Təşkilatı da daxil olmaqla regional və beynəlxalq əməkdaşlıq yolları, eləcə də müxtəlif çoxtərəfli formatlar çərçivəsində əməkdaşlığın perspektivləri də gündəmdə olub.
Ceyhun Bayramov həmkarını regionda sülh səyləri, mövcud çağırışlar və sülh prosesinə olan təhdidlər barədə məlumatlandırıb.
Nazirlər həmçinin Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsinə dair "Hərtərəfli Tədbirlər Proqramı"nı imzalayıb və təsdiq ediblər.
Oxşar xəbərlər
Azərbaycan və Özbəkistan XİN-ləri arasında Kompleks Tədbirlər Proqramı imzalanıb
Ceyhun Bayramov özbəkistanlı həmkarına COP29-a hazırlıq barədə məlumat verib
Fərhad Məmmədov: Bakı və Daşkənd çoxtərəfli platformalar çərçivəsində fəal əməkdaşlıq edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Kanadada sinaqoqun qarşısında atışma olub, ölənlər var
-
Litva 3 milyon avro dəyərində ovçu PUA-ların hazırlanması üçün tender elan edib
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qalibaf: Livanın ərazi bütövlüyü təmin olunana qədər mübarizə aparacağıq
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
