Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclası başlayıb
Tehranda Azərbaycan-İran Birgə İqtisadi Komissiyasının 16-cı iclası öz işinə başlayıb.
APA xəbər verir ki, bu barədə İranın Yol və Şəhərsalma Nazirliyinin Beynəlxalq Əlaqələr Mərkəzinin rəhbəri Əmin Tarfa məlumat verib.
Nazirliyin saytının məlumatına əsasən, Əmin Tarfa bildirib ki, iclasın ilk günündə texniki və ekspert qrupları iki ölkə arasında iqtisadi sahədəki məsələləri müzakirə edəcək, eyni zamanda ticarət, mədəniyyət, nəqliyyat, turizm, enerji və digər iqtisadi sahələr üzrə müzakirələr aparılacaq.
“Birgə İqtisadi Komissiyasının həm sədrləri — Azərbaycan Respublikası Baş Nazirinin müavini Şahin Mustafayev və İran İslam Respublikasının yol və şəhərsalma naziri Fərzanə Sadiqin iştirakı ilə protokol imzalanacaq. Sözügedən sənəd iki ölkə arasında əlaqələrin inkişafı üçün çox faydalı olacaqdır” , - İran rəsmisi bildirib.
Eyni zamanda Ə.Tarfa təmaslarda İran və Azərbaycan arasında nəqliyyat sahəsində mühüm layihələrin də müzakirə olunacağını bildirib. O qeyd edib ki, infrastruktur sahəsində, o cümlədən Araz dəhlizi, Azərbaycanı Naxçıvandan birləşdirən layihə kimi dəmir yolu və avtomobil yollarını birləşdirən İran marşrutu araşdırılır və qiymətləndirilir, yeni körpülərin və sərhəd terminallarının tikintisi və istismarı müzakirə ediləcək.
Oxşar xəbərlər
Azərbaycan və İran 16-cı birgə komissiyanın iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Azərbaycan və İran birgə komissiyanın 16-cı iclasında iqtisadi əməkdaşlığı müzakirə edəcəklər
Şahin Mustafayev Tehranda İranın yol və şəhərsalma naziri ilə görüşüb
Azərbaycan-İran birgə hökumətlərarası komissiyasının növbəti iclası tezliklə Tehranda keçiriləcək
Azərbaycan və İran XİN rəhbərləri görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yaradılmasından 14 il ötür
-
Avropadan “Qarabağ”a 3 milyon avroluq təklif gəldi
-
Prezident İlham Əliyev: "Yeni dünya nizamı "kim güclüdür, o da haqlıdır" anlamına gəlməməlidir"
-
İlham Əliyev: ABŞ-nin Vitse-prezidentinin səfəri çox mühüm idi
-
Prezident: "Bu gün Azərbaycan həm Şərqdə, həm də Qərbdə ehtiyac duyulan ölkədir"
-
İlham Əliyev: "Biz daimi olacağına ümid etdiyimiz sülh dövrünə qədəm qoymuşuq"












