Rusiyanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib
sizinxeber.az xəbər saytı

Rusiyanın daxili işlər naziri Azərbaycan səfirini qəbul edib


Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev bu gün Rusiyanın daxili işlər naziri Vladimir Kolokoltsev tərəfindən qəbul edilib.

APA-nın Moskva müxbiri xəbər verir ki, söhbət zamanı iki ölkə arasında daxili işlər orqanları vasitəsilə qarşılıqlı fəaliyyətin aktual məsələləri müzakirə olunub.

Hər iki tərəf Azərbaycan və Rusiya arasında beynəlxalq terrorizm və ekstremizm, transmilli mütəşəkkil cinayətkarlıq, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə sahələrində, o cümlədən transsərhəd əməkdaşlıq sahəsində əməkdaşlığın inkişafından məmnunluq ifadə ediblər.

Görüşdə iki ölkənin miqrasiya sahəsində səylərinin əlaqələndirilməsinin vacibliyi vurğulanıb.

Oxşar xəbərlər

Azərbaycanın Rusiyadakı yeni səfiri Rəhman Mustafayev Sergey Lavrovla görüşüb
Azərbaycanın Rusiyadakı səfiri Lavrovun müavini ilə görüşüb
Şahin Mustafayev Türkiyənin ədliyyə naziri ilə görüşüb
Azərbaycan ilə Kolumbiya arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
Azərbaycanın XİN başçısı kolumbiyalı həmkarı ilə görüşüb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər