Lavrov: Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində heç kəsin tərəfini tutmur
sizinxeber.az xəbər saytı

Lavrov: Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində heç kəsin tərəfini tutmur


Rusiya Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması məsələsində heç kəsin tərəfini tutmur.

Sizinxeber.az-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov erməni həmkarı Ararat Mirzoyanla danışıqlarının yekunlarına dair birgə mətbuat konfransında bildirib.

“Biz olduqca aktual məsələlərlə, İrəvan-Bakı münasibətlərinin normallaşması məsələsi ilə məşğul oluruq. Biz qardaş xalqlarımızın sülh və mehriban qonşuluq şəraitində yaşamasında dərindən maraqlıyıq. Bizim həm Azərbaycanla, həm də Ermənistanla strateji tərəfdaşlıq və müttəfiqlik münasibətlərimiz mövcuddur. Cənubi Qafqazdan uzaqda yerləşən ölkələrdən fərqli olara, biz bunda şəxsən maraqlıyıq. Həmin ölkələr regionda gərginliyi daha uzun müddətə saxlamaq üçün gündəlikləri irəli çəkirlər, ümid edirlər ki, bu gərginliklər çərçivəsində onlar öz geosiyasi maraqlarını daha intensive şəkildə irəli apara biləcəklər. Rusiya İrəvan və Bakının razılığı ilə əldə olunan razılaşmaları rəhbər tutaraq hərəkət edir. Bura sülh müqaviləsi, regionda iqtisadi və nəqliyyat kommunikasiyalarının açılması, sərhədlərin delimitasiyası və demarkasiyası məsələləri aiddir. Biz İrəvan və Bakı tərəfindən tələb olunan səviyyədə, nə az, nə çox, bu işdə iştirak edirik”, - deyə Rusiya XİN başçısı vurğulayıb.

Oxşar xəbərlər

Lavrov: Rusiya “3+3” regional əməkdaşlıq platformasını olduqca perspektivli hesab edir
Lavrov: Ermənistanla Azərbaycana sülh müqaviləsi üzrə işləri yekunlaşdırmaq üçün “3+3” platforması təklif olunub - YENİLƏNİB
Rusiya XİN rəhbəri: Mirzoyan Moskvaya səfərə dəvət olunub
Rusiya Prezidenti: Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması üçün bundan sonra da çalışacağıq
Lavrov: ABŞ Ukraynanın əli ilə Rusiyaya hücum edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle