Strasburqda 20 Yanvar şəhidlərinin xatirəsi anılıb
20 Yanvar faciəsinin 35-ci ildönümü ilə əlaqədar ölkəmizin Avropa Şurası yanında daimi nümayəndəliyində Strasburqda yaşayan Azərbaycan icmasının üzvlərinin iştirakı ilə anım tədbiri keçirilib.
Azərbaycan Respublikasının Avropa Şurası yanında daimi nümayəndəliyindən “Sizinxeber.az”a verilən məlumata görə, tədbirdə əvvəlcə xalqımızın azadlığı, dövlətimizin müstəqilliyi uğrunda mübarizədə canlarından keçən həmvətənlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində çıxış edən daimi nümayəndə Fəxrəddin İsmayılov ölkəmizin müstəqillik mübarizəsində 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş hadisələrdən bəhs edib, Qara Yanvar hadisəsinin xalqımız üçün qanlı faciə olmaqla yanaşı, millətimizin qəhrəmanlığı, yenilməz iradəsinin bir rəmzinə çevrildiyini söyləyib. O, 35 il keçməsinə baxmayaraq, sovet qoşunlarının Azərbaycanda törətdiyi qırğının ağrı-acısının unudulmadığını və şəhidlərimizin xatirəsinin xalqımızın qəlbində əbədi yaşadığını bildirib.
Daimi nümayəndə Azərbaycanın üzləşdiyi faciənin artıq ertəsi günü Ulu Öndər Heydər Əliyevin SSRİ-nin paytaxtı Moskvada ədalətin təmin edilməsi üçün Qanlı Yanvar qırğınını törədənləri pisləyən kəskin bəyanatla çıxış etdiyini və xalqımızın başına gətirilən müsibəti dünyaya çatdırdığını qeyd edib.
F.İsmayılov ölkəmizə ərazi iddialarının irəli sürülməsi və Ermənistandan azərbaycanlıların zorla qovulması ilə başlayan, 20 Yanvar faciəsi və hərbi işğalla davam edən məşəqqətli tarixi dövrün Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi sayəsində ölkəmizin ərazi bütövlüyünün, suverenliyinin tam bərpası ilə sona çatdığını, xalqımız və ölkəmiz üçün artıq yeni bir tarixi dövrün başladığını deyib.
Çıxışlardan sonra Azərbaycan Televiziyasının hazırladığı və Qanlı Yanvar hadisələrindən bəhs edən sənədli film nümayiş olunub.
Oxşar xəbərlər
Şəhidlərimizin əziz xatirəsi Strasburqda anılıb
İqtisadiyyat Nazirliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib
TÜRKPA 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar bəyanat yayıb
ABŞ-də 20 Yanvar faciəsinin qurbanları anılıb
20 Yanvar faciəsinin qurbanları FHN-in strukturlarında anılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Green Card" alanlara ŞOK: Bu qayda hər şeyi dəyişdi!
-
Azərbaycanda pensiya kapitalı ilə bağlı mühüm MƏQAM: Birdəfəlik ödənilməsi mümkün ola bilərmi?
-
"Liverpul"un sabiq qapıçısı Adrian karyerasını başa vurur
-
ABŞ milli kəşfiyyatının direktoru vəzifədən ayrılmazdan əvvəl səs-küylü təhqiqatları açıqlayacaq
-
"Neftçi" Premyer Liqada mövsümün son oyununa çıxır
-
Tramp danışıqlarda irəliləyiş əldə olunmasa, İrana qarşı əlavə zərbələr endirmək niyyətindədir
