İğdırda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib
sizinxeber.az xəbər saytı

İğdırda 20 Yanvar faciəsinə həsr olunmuş konfrans keçirilib


Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “Unutmadıq, unutmayacağıq” adlı konfrans təşkil edilib.

Bu barədə "Report"a Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə İğdır Kültür Mərkəzində keçirilən tədbirdə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iştirak edib.

Konfrans Azərbaycan və Türkiyənin Dövlət Himnlərinin səsləndirilməsi və bütün türk dünyasının şəhidlərinin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsilə başlayıb.

İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, Azərbaycanın Qarsdakı Baş Konsulu Zamin Əliyev, Türkiyə millət vəkilləri Cantürk Alagöz, Şamil Ayrım, professor Oğuzxan Aydın və başqaları çıxış edərək faciənin tarixinə nəzər salıb, türk dünyasının qüdrətindən danışıb, Azərbaycan-Türkiyə dostluğunun əbədiliyinə diqqət çəkiblər. DİDK sədri Fuad Muradov 20 Yanvar faciəsinin baş verdiyi tarixi şəraiti xatırladıb, hər zaman Azərbaycanın yanında olan Türkiyə xalqına təşəkkür edib. Komitə sədri Azərbaycan Prezidentinin xaricdə yaşayan azərbaycanlılarla iş sahəsində tövsiyələrini diqqətə çatdırıb, Türkiyədə yaşayan azərbaycanlılara göstərilən diqqətə görə minnətdarlıq edib.

İğdır valisi Ercan Turan öz çıxışında qeyd edib ki, türk xalqı, Azərbaycan xalqı heç bir tarixi həqiqəti, o cümlədən Qarabağda törədilən faciələri unutmayacaq, unutdurmayacaq.

Konfransda müasir Azərbaycan tarixinin müxtəlif mərhələlərinə nəzər salınıb, Ulu Öndər Heydər Əliyevin 20 Yanvar hadisələri ilə bağlı tarixi çıxışı xatırlanıb, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ərazi bütövlüyümüzün bərpa olunmasından duyulan qürur hissi dilə gətirilib. Konfrans iştirakçıları dövlət başçısının fikirlərinin, 20 Yanvar hadisələrinin, eləcə də xaricdəki Azərbaycan icmalarının keçirdikləri aksiyaların əks olunduğu videomaterialları maraqla izləyib, alqışlarla qarşılayıblar.

Yüzlərlə insanın qatıldığı, böyük coşqunun yaşandığı konfransın iştirakçıları 20 Yanvarın əslində faciə deyil, qəhrəmanlıq dastanı tarixi olduğunu bildirib, Qanlı Yanvar şəhidlərinin əziz xatirəsinin bütün Türk dünyasının qəlbində daim yaşayacağını qeyd ediblər.

Oxşar xəbərlər

Fuad Muradov "MÜSİAD Azərbaycan"ın İdarə Heyətinin sədri Rəşad Cabirli ilə görüşüb
Bu ay ABŞ-də Azərbaycan Evi açılacaq
20 Yanvar faciəsinə həsr olunmuş xüsusi dərslər keçiriləcək
Fuad Muradov: Xarici ölkələrdə Azərbaycan evlərinin açılması üçün çoxsaylı müraciətlər var
Fuad Muradov: "Diaspor təşkilatları "Yaşıl dünya" naminə 50-dən çox tədbir keçirib"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər