Polşa Aİ-yə sədrliyi dövründə ittifaqın Azərbaycanla münasibətlərinin gücləndirilməsini dəstəkləyəcək
sizinxeber.az xəbər saytı

Polşa Aİ-yə sədrliyi dövründə ittifaqın Azərbaycanla münasibətlərinin gücləndirilməsini dəstəkləyəcək


Polşa 2025-ci ilin birinci yarısında Avropa İttifaqı (Aİ) Şurasına sədrliyi dövründə Avropanın mühüm tərəfdaşı olan Azərbaycanla Aİ arasında əməkdaşlığın inkişafına töhfə verəcək.

Bu barədə “Sizinxeber.az”a Polşa Xarici İşlər Nazirliyindən bildirilib.

Qurumdan qeyd ediblər ki, Aİ ilə Azərbaycan arasında əməkdaşlığın genişləndirilə və dərinləşdirilə biləcəyi bir neçə sahə mövcuddur. Bunlar yaşıl enerji, infrastruktur layihələri, təhlükəsizlik və turizm sahələridir:

"Azərbaycan Cənubi Qafqaz regionunda Aİ-nin əsas tərəfdaşıdır. Rəsmi Bakı ilə daha dərin, konstruktiv və perspektivli münasibətlərin inkişafı Aİ-nin enerji təhlükəsizliyi və enerji tədarükünün şaxələndirilməsi üçün vacibdir. Polşanın sədrliyi Aİ ilə Azərbaycan arasında etimadın gücləndirilməsinə xidmət edəcək. Tərəflər arasında əməkdaşlıq yalnız iqtisadiyyatla məhdudlaşmamalıdır".

"Aİ Azərbaycanın modernləşməsi prosesində faydalı ola biləcək unikal iqtisadi, sosial və mədəni inkişaf modelidir. Ümid edirik ki, Aİ və Azərbaycan praktiki olaraq tamamlanmış və yenilənmiş çərçivə sazişini tezliklə imzalaya biləcək. Bu, xüsusilə iqtisadi sahə də daxil olmaqla əməkdaşlığın inkişafına töhfə verəcək", - Polşanın xarici siyasət idarəsindən bildirilib.

Nazirlik həmçinin Azərbaycanın “Şərq Tərəfdaşlığı” proqramında iştirakını yüksək qiymətləndirib: "Şərq Tərəfdaşlığı" siyasəti dəstəklənməli və qorunmalı, Aİ ilə Azərbaycan arasında, həmçinin regional kontekstdə əməkdaşlığın gücləndirilməsi üçün istifadə edilməlidir. Məsələn, bu proqram çərçivəsində Mərkəzi Asiyanı Azərbaycan ərazisi vasitəsilə Avropa ilə birləşdirən enerji və infrastruktur layihələrini maliyyələşdirmək mümkün olacaq".

Oxşar xəbərlər

Polşa Aİ Şurasına sədrliyi dövründə Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına çalışacaq
Aİ-nin xüsusi nümayəndəsi: Azərbaycan Avropanın enerji təhlükəsizliyinə mühüm töhfə verir
Polşa Aİ Şurasına sədrliyi dövründə ABŞ, Böyük Britaniya və Cənubi Koreya ilə əməkdaşlığı gücləndirəcək
Azərbaycan-Aİ münasibətləri ətraflı müzakirə olunub
Prezident İlham Əliyev Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsini qəbul edib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər