

Milli Məclis Levon Ter-Petrosyanın çıxışı ilə bağlı digər dövlətlərin parlamentlərinə müraciət edib
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə işçi qrupları və beynəlxalq parlament assambleyalarındakı nümayəndə heyətləri xarici dövlətlərin parlamentlərinə və parlament assambleyalarına məktublar göndəriblər.
“Sizinxeber.az”a parlamentdən daxil olan məlumata əsasən, məktublarda Ermənistanın irqi ayrı-seçkilik və radikal millətçilik ideologiyası əsasında Azərbaycan xalqına və dövlətinə qarşı genişmiqyaslı hüquq pozuntuları törətdiyi xatırladılıb:
"Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyanın 23 iyul 1993-cü ildə etdiyi çıxışın bu günlərdə ortaya çıxmış videoyazısı bunu bir daha göstərir. Levon Ter-Petrosyanın prezident qismində səsləndirdiyi və onun özünün hakimiyyəti dövründə baş vermiş işğal və etnik təmizləməni dövlət siyasəti kimi təqdim edən bu çıxış, sözügedən cinayətlərə görə Ermənistanın dövlət kimi məsuliyyətini və bu cinayətlərin sistematik və mütəşəkkil şəkildə törədilmiş olmasını birmənalı şəkildə sübut edir”.
Məktublarda bütün bunları və eləcə də Ermənistanın irqi ayrı-seçkilik və sülhə zidd siyasətinin davam etməsini nəzərə alaraq, xarici dövlətlərin parlamentlərinə və beynəlxalq parlament assambleyalarına Ermənistanı irqçi siyasətdən, revanşizm və militarizm yolundan çəkindirmək və onun Qərbi azərbaycanlıların qayıdışına şərait yaratması üçün bu dövlətə təzyiq etməyə çağırış ifadə olunur.
Oxşar xəbərlər
MM xarici ölkələrin parlamentlərini Qərbi azərbaycanlıların qayıdışı üçün Ermənistana təzyiq göstərməyə çağırıb
İcma: Ter-Petrosyanın çıxışı Ermənistanın siyasi dairələrində dərindən kök salmış irqçiliyi nümayiş etdirir
Qərbi Azərbaycan İcması Levon Aronyanın təxribatçı açıqlamasını kəskin şəkildə pisləyib
“Demokrat” Levon Ter-Petrosyanın “səmimi” etirafları – etnik təmizləmə və soyqırımına dəstək - ŞƏRH
Qərbi Azərbaycan İcması Ermənistan hökumətindən dialoqa başlamağı tələb edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilir
-
Ərdoğan: Türkiyə Pakistan və Hindistan arasında atəşkəsi alqışlayır
-
150 çarpayılıq xəstəxananın yaxın gələcəkdə Laçında tikintisi planlaşdırılır
-
Türkiyə Prezidenti Azərbaycana səfərə yola düşüb
-
Prezident: Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayıb, biz güc toplayırdıq
-
Ərdoğan: İlham Əliyevin sülhün də memarı olaraq adını tarixə yazdıracağına inanırıq
