Dünya Turizm Təşkilatının Baş katibi Prezident İlham Əliyevə başsağlığı verib
Dünya Turizm Təşkilatının Baş katibi Zurab Pololikaşvili Azərbaycan Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb.
"Report" xəbər verir ki, məktubda deyilir:
"Zati-aliləri.
“Azərbaycan Hava Yolları” QSC-yə məxsus təyyarənin Bakıdan Qroznıya uçarkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması barədə xəbəri dərin kədər hissi ilə qarşıladım. Dünya Turizm Təşkilatı adından və şəxsən öz adımdan Sizə dərin hüznlə başsağlığımızı bildirirəm.
Düşüncələrimiz bu faciəvi hadisə nəticəsində yaxınlarını itirən ailələrin, yaralananların yanındadır. Bu çətin anda biz Azərbaycan xalqı ilə həmrəy olduğumuzu bildiririk.
Qəzada xəsarət alanların tezliklə və tam şəfa tapmalarını arzulayır, bu kədərli anları yaşayan hər kəsə bir daha başsağlığı veririk.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
Oxşar xəbərlər
Pakistanın Baş naziri: Azərbaycan xalqının birliyi bu çətin dövrü dəf etməyə kömək edəcək [xfgiven_updateblue][/xfgiven_updateblue]
Sudanın Suveren Keçid Şurasının Sədri İlham Əliyevə başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
ICESCO-nun Baş direktoru Prezident İlham Əliyevə başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Portuqaliya Prezidenti Azərbaycan dövlət başçısına başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xorvatiya Prezidenti İlham Əliyevə başsağlığı məktubu ünvanlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












