Yalçın Rəfiyev: Azərbaycan yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanındadır
sizinxeber.az xəbər saytı

Yalçın Rəfiyev: Azərbaycan yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanındadır


Azərbaycanın yeni yaranmış vacib mərhələdə Türkiyə ilə birlikdə Suriyanın yanındadır.

"Sizinxeber.az" xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev Suriyanın keçid hökumətinin xarici işlər naziri Əssad Həsən Əş-Şibani ilə görüşündə deyib.

Görüş zamanı Azərbaycan tərəfi Suriya dövlətinin istiqrarı və xalqın rifahı üçün yeni mərhələnin başlaması, habelə xalqın nümayəndələrinin hakimiyyətə gəlməsi münasibətilə Azərbaycan rəhbərliyinin təbriklərini çatdırıb. Suriyanın bərpası prosesində ölkəmiz tərəfindən mümkün dəstəyin veriləcəyi bəyan olunub.

Humanitar məqsədli yardım fəaliyyətləri ilə yanaşı, Azərbaycanın diplomatik müstəvidə də yeni hakimiyyətə zəruri dəstək göstərəcəyi vurğulanıb.

Nazir müavini həmçinin torpaqlarını işğaldan azad etmiş Azərbaycanın bərpa və quruculuq sahəsindəki təcrübəsinin Suriyanın bərpası prosesində istifadə oluna biləcəyinə diqqət çəkib.

Oxşar xəbərlər

Azərbaycan XİN müavini Suriyada səfirliyin fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN rəhbərinin müavini Suriyaya gedib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriyanın keçid hökumətinin xarici işlər naziri Azərbaycana səfərə dəvət olunub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya XİN: Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi əhəmiyyətli hadisədir [xfgiven_updateblue][/xfgiven_updateblue]
Suriya xarici işlər naziri Azərbaycana səfərə gələcək [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər