XİN rəhbəri: Gürcüstan hər zaman Azərbaycanın yanındadır
sizinxeber.az xəbər saytı

XİN rəhbəri: Gürcüstan hər zaman Azərbaycanın yanındadır


Dekabrın 26-da Gürcüstanın xarici işlər naziri Maka Botçorişvili Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng vurub.

Xarici İşlər Nazirliyindən APA-ya verilən xəbərə görə, nazir M.Botçorişvili 25 dekabr tarixində “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsinin Aktauda qəzaya uğraması nəticəsində həlak olanların ailə üzvlərinə başsağlığı diləklərini çatdırıb, dost Azərbaycan xalqına səbr diləyib. Bu faciəvi gündə Gürcüstanın hər zaman Azərbaycanın yanında olduğu vurğulanıb.

Nazir Ceyhun Bayramov baş sağlığına, ölkəmiz və xalqımız üçün ağır bir gündə göstərilən dəstəyə görə dost Gürcüstan tərəfinə təşəkkür edib.

Oxşar xəbərlər

Özbəkistan XİN rəhbəri Ceyhun Bayramova zəng edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan və Qazaxıstan XİN rəhbərlərinin telefon danışığı olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Gürcüstanın yeni XİN rəhbəri ilə telefon danışığı aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında xatirə kitabı açılıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Xarici işlər naziri Ceyhun Bayramov Serbiyaya səfər edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər