Şahbaz Şərif Azərbaycana başsağlığı verib
sizinxeber.az xəbər saytı

Şahbaz Şərif Azərbaycana başsağlığı verib


Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif Qazaxıstanın Aktau şəhəri yaxınlığında Azərbaycan hava yollarına məxsus təyyarənin qəzaya uğraması səbəbilə başsağlığı verib.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə o "X" hesabında paylaşım edib.

"Azərbaycan təyyarəsinin faciəvi qəzaya uğraması xəbəri məni dərindən kədərləndirdi. Bu hadisə nəticəsində yaşanan insan itkisi ilə əlaqədar qardaşım Prezident İlham Əliyevə və Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Düşüncələrimiz mərhumların ailələri ilədir və yaralananlara tezliklə şəfa diləyirik. Pakistan Azərbaycanın yanındadır", -Baş nazir qeyd edib.

Oxşar xəbərlər

Şahbaz Şərif təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pakistanın Baş naziri: Həlak olanların ailələrinə hər cür yardım göstərməyi tapşırmışam [xfgiven_updateblue][/xfgiven_updateblue]
Selçuk Bayraktar təyyarə qəzası ilə bağlı Azərbaycana başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan XİN Serbiyaya başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İlham Əliyev AZAL-a məxsus təyyarə qəzasında həlak olanlarla bağlı başsağlığı verib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər