Azərbaycan və Burundi səfirləri ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə ediblər
Azərbaycanın Efiopiyadakı səfiri Ruslan Nəsibov burundili həmkarı Villi Nyamitve ilə ikitərəfli münasibətlərin gücləndirilməsini müzakirə edib.
“Report” xəbər verir ki, bu barədə Afrika ölkəsinin səfirliyi bildirib.
“Burundi səfiri Villi Nyamitve Efiopiyada Azərbaycan səfiri Zati-aliləri Ruslan Nəsibovla görüşməkdən məmnun olub. Onların müzakirəsi ikitərəfli münasibətlərin gücləndirilməsinə və iki ölkə arasında səmərəli əməkdaşlıq imkanlarının araşdırılmasına yönəlib”, – səfirliyin paylaşımında qeyd olunub.
Azərbaycanlı diplomat isə sosial şəbəkə hesabında görüşməkdən məmnunluğunu bildirərək ölkələr arasında “ikitərəfli münasibətlər və gələcək planlar barədə səmimi fikir mübadiləsi aparıldığını” .
Qeyd edək ki, Burundi Şərqi Afrikada yerləşir. 11 milyondan çox əhalisi olan respublika ən az inkişaf etmiş ölkələrdən biri hesab olunur.
Oxşar xəbərlər
Səfir pakistanlı nazirlə Bakı və İslamabad arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Azərbaycan və İranın Belarusdakı səfirləri regiondakı vəziyyəti müzakirə ediblər
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

