Səfir pakistanlı nazirlə Bakı və İslamabad arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakirə edib
Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov bu ölkənin federal iqtisadi işlər naziri Əhəd Xan Çima ilə Bakı ilə İslamabad arasında iqtisadi əməkdaşlığın gücləndirilməsini müzakir edib.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə diplomat sosial şəbəkədə yazıb.
“<…> Zati-aliləri cənab Əhəd Xan Çima ilə görüşməkdən məmnunam. Gündəlikdə, ilk növbədə, qarşıdan gələn Azərbaycan – Pakistan Hökumətlərarası Komissiyası çərçivəsində iki qardaş ölkə arasında iqtisadi əməkdaşlığın gücləndirilməsi müzakirə olunub”, – səfir qeyd edib.
Xatırladaq ki, oktyabrın 28-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycanda rəsmi səfərdə olan Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Sahir Şamşad Mirza ilə görüşmüş, iki ölkə arasında hərbi əməkdaşlığın yeni perspektivləri müzakirə edilmişdi.
Ondan bir ay öncə isə Xəzər Fərhadov Pakistanın ədliyyə naziri Əzəm Nazir Tatar ilə iki ölkə arasında investisiya imkanlarının genişləndirilməsi ətrafında fikir mübadiləsi aparmışdı.
Oxşar xəbərlər
Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni perspektivləri müzakirə edilib - VİDEO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan Pakistanla investisiya imkanlarını genişləndirməyi müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ceyhun Bayramov Pakistanın Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri ilə ikitərəfli əməkdaşlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan ilə Pakistan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan səfiri Əfqanıstanın iqtisadiyyat naziri əvəzi ilə ticarət və tranziti müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












