BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti İlham Əliyevi təbrik edib
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz Azərbaycanın dövlət başçısı İlham Əliyevi təbrik edib.
"Report"un məlumatına görə, mətndə deyilir:
"Hörmətli cənab Prezident.
Doğum gününüz münasibətilə Sizi ürəkdən təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, xoşbəxtlik və ölkənizin rifahı naminə ali dövləti fəaliyyətinizdə davamlı uğurlar arzulayıram.
Azərbaycan iqtisadiyyatında dönüş yaradan və dünya miqyaslı neft-qaz layihələrinə "yaşıl işıq" olan "Əsrin müqaviləsi"nin imzalanmasının bu il 30 illiyini qeyd etdik. Bu yubiley ili "Azəri"-"Çıraq"-"Günəşli" üzrə sərbəst qaz hasilatı haqqında Sazişin imzalanması və bu yaxınlarda həmin yataqdan 600 milyonuncu ton hasilatın əldə edilməsi ilə daha da əlamətdar oldu.
Eləcə də SOCAR-la yeni əməkdaşlıq imkanları və “yaşıl enerji” sahəsi ilə bağlı layihələrinizin reallaşması istiqamətində mühüm addımlar atıldı.
Onilliklərdir davam edən bu enerji tərəfdaşlığımız müddətində göstərdiyiniz daimi dəstəyə görə Sizə dərin minnətdarlığımı bildirirəm. İnanıram ki, Azərbaycan hökuməti və SOCAR ilə strateji tərəfdaşlığımız bundan sonra hələ uzun illər davam edəcək.
Fürsətdən istifadə edərək Sizi, ailənizi və bütün Azərbaycan xalqını qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram".
Oxşar xəbərlər
Qəri Counz Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Belarus və Türkmənistan prezidentləri İlham Əliyevi təbrik edib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
ÜST Ebola virusu riski altında olan ölkələri açıqlayıb
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
WSJ: Tramp müdafiə şirkətləri ilə raket və sursat istehsalının sürətləndirilməsini müzakirə edəcək
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
