İcma: İrqçi mühakimələr yürüdən dairələr Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməlidir
sizinxeber.az xəbər saytı

İcma: İrqçi mühakimələr yürüdən dairələr Azərbaycanın daxili işlərinə müdaxilədən əl çəkməlidir


İsveçrə parlamentinin aşağı palatasında Azərbaycan əleyhinə qəbul edilmiş qətnamədə yer almış şər-böhtan, hansısa “sülh forumunun çağırılması” kimi cəfəng çağırışlar ona səs verənlərin hər gün Zəngəzur dağlarından Azərbaycan tərəfə binoklla baxan təxribatçı siyasətçilər və diplomatlarla birlikdə hərəkət etdiyini göstərir.

"Report" xəbər verir ki, bu fikirlər Qərbi Azərbaycan İcmasının bəyanatında yer alıb.

Bəyanatda, həmçinin deyilir: “Qətnaməni dəstəkləyən deputatların ermənilərin qayıdışının vacibliyini qabardaraq biz Qərbi azərbaycanlılara münasibətdə Ermənistana çağırış etməməsi, etnik və dini təəssübkeşliyin girovuna çevrilməsi, 20-ci əsrin əvvəllərində baş verdiyi iddia edilən uydurma hadisələrə istinad etmələri, Azərbaycana qarşı xüsusilə şanlı Vətən müharibəsindən sonra Qərbdə bəziləri tərəfindən aparılan “səlib yürüşü”nə qoşulmaları ikrah doğurur.

Regiondan uzaqda yerləşən, məsələlərin mahiyyətini dərk etməyən, diletant, irqçi mühakimələr yürüdən dairələr Azərbaycanın suverenliyinə qəsddən, onun daxili işlərinə müdaxilədən və qondarma təşəbbüslərdən əl çəkməlidir”.

Oxşar xəbərlər

İcma: İsveçrə parlamentini qərəzli və zərərli addımları dayandırmağa çağırırıq
İcma Niderland XİN-in Azərbaycan barədə iddiasını qınayıb
İcma Avropa Parlamentinin Azərbaycana qarşı sanksiyalar tətbiq etməyə çağıran qətnaməsini pisləyib
İcma: Litva Azərbaycana “öyüd-nəsihət" verə bilən axırıncı ölkələrdəndir
İcma ABŞ-nin Dövlət katibini Azərbaycanın daxili işlərinə qarışmamağa çağırıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər