Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə olublar
sizinxeber.az xəbər saytı

Beynəlxalq Parlament Konfransının iştirakçıları Xankəndidə olublar


“Parlamentarizm: ənənələr və perspektivlər” mövzusunda Beynəlxalq Parlament Konfransının iştirakçıları Qarabağa səfər çərçivəsində Xankəndi şəhəri ilə tanış olublar.

"Sizinxeber.az"un Qarabağ bürosunun məlumatına görə, nümayəndə heyəti əvvəlcə Xankəndi şəhərinin Zəfər meydanına gəlib. Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov onlara Xankəndi şəhəri haqqında məlumat verib.

Qonaqlar sonra Qarabağ Universitetinə gəliblər. Universitetin rektoru Şahin Bayramov onlara təhsil ocağı barədə məlumat verib. Bildirilib ki, Qarabağ Universiteti Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə yaradılıb. Qısa müddət ərzində universitetdə müasir tədris infrastrukturu yaradılıb. Bütün tədris binalarında əsaslı təmir işləri həyata keçirilib, auditoriya və inzibati otaqlar müasir tələblərə cavab verən müvafiq avadanlıqlarla təchiz olunub.

Qonaqlar universitetin auditoriyaları, laboratoriya və kitabxanasını gəzib, yaradılan şəraitlə tanış olub, tələbələrlə söhbət edib, sonra Xocalıya yola düşüblər.

Oxşar xəbərlər

Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb
"Şuşa – İƏT Gənclər Paytaxtı 2024" proqramının iştirakçıları Qarabağ Universitetində olublar
Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə köçürülməsi ilə bağlı İşçi Qrup yaradılıb - EKSKLÜZİV
Milli Məclisdə Beynəlxalq Parlament Konfransı öz işinə başlayıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər