Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb
2024/2025-ci tədris ilində Qarabağ Universitetində bütün ixtisaslar üzrə dərs cədvəlləri hazırlanıb, professor-müəllim heyəti tam formalaşıb.
Ali təhsil müəssisəsindən "Report" verilən məlumata görə, dərslər sentyabrın 23-də başlayacaq.
Qeyd edilib ki, ilk tədris ilinə hazırlıqla bağlı işlər yekunlaşıb, universitetin infrastrukturu tam hazırlanıb.
Tələbə əsaslı müasir modeldə universitet quruculuğunun tərkib hissəsi olaraq, Qarabağ Universitetində orientasiya (tanışlıq) günləri keçiriləcək. Həmin günlərdə tələbələr universitet kampusu, əməkdaşlarla və Xankəndi şəhəri ilə tanış olacaq, bütün zəruri məlumatları əldə edəcək və onları maraqlandıran bütün suallara cavab alacaqlar.
Universitetə gəliş tarixləri barədə dəqiq məlumat tələbələrə müvafiq "WhatsApp" qrupları üzərindən təqdim ediləcək.
Oxşar xəbərlər
Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə köçürülməsi ilə bağlı İşçi Qrup yaradılıb - EKSKLÜZİV
Qarabağ Universitetində magistratura və doktoranturaya qəbul keçiriləcək, xarici tələbələr təhsil alacaqlar
Türkiyə-Azərbaycan Universitetinə tələbə qəbulunun nəticələri açıqlanıb, bu il 87 tələbə təhsil alacaq
Qarabağ Universitetində tədris Azərbaycan və ingilis dilində aparılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
