Qarabağ Universitetinin tələbələrinin Xankəndiyə köçürülməsi ilə bağlı İşçi Qrup yaradılıb - EKSKLÜZİV
Qarabağ Universitetində təhsil alacaq tələbələrin Xankəndi şəhərinə köçürülməsi ilə bağlı müvafiq İşçi Qrup yaradılıb.
Bu barədə “Sizinxeber.az”un sorğusuna cavab olaraq universitetin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Aytən Quliyeva məlumat verib.
Onun sözlərinə görə, hazırda tələbələrin məlumatlandırılması həyata keçirilir: “Tələbələrin Xankəndi şəhərinə giriş icazəsi ilə bağlı universitet tərəfindən dəstək göstəriləcək. Həmçinin universitetə yerləşmə ilə bağlı İşçi Qrupun yaratdığı votsap sosial şəbəkə platforması vasitəsilə tələbələrə, eləcə də ictimaiyyətə geniş məlumat veriləcək”.
A.Quliyeva vurğulayıb ki, tədris öncəsi tələbələrin yerləşdirilməsi zamanı tələbə ilə birlikdə iki nəfər ailə üzvü iştirak edə bilər: “Tələbələrin Xankəndi şəhərinə gəlişi fərdi qaydada həyata keçirilir, lakin yataqxanalara yerləşdirilməsi və şəhər ilə tanışlığı prosesini İşçi Qrupu gerçəkləşdirəcək”.
Qeyd edək ki, yeni tədris ilində Qarabağ Universitetində 1 104 tələbə təhsil alacaq.
Oxşar xəbərlər
UNEC-ə 600-dən çox bal toplayaraq qəbul olanların sayı 89 faiz artıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Məhəmməd Salah Misir yığmasının yeni rekordçusu olub
-
Darren Beyzli: "Misirlə matçın ilk hissəsində yaxşı oynadıq"
-
DÇ-2026: Mbappe Fransa - İraq oyununda hesabı açıb - YENİLƏNİR
-
Filippində məktəbdə atışma olub, üç nəfər ölüb, beş nəfər yaralanıb
-
Azərbaycan və Türkmənistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
-
DÇ-2026: Argentina - Avstriya matçında ikinci hissə başlayıb - YENİLƏNİR-4
